Rusiya ordusu, əsasən bu yay ərzində endirdiyi zərbələr nəticəsində, Ukraynanın aqrar anbarlarının 90 %-ni məhsullar ilə birgə məhv edib.
"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bu barədə Ukrayna aqrar siyasət naziri Taras Vısotskiy bildirib.
O qeyd edib ki, bura, əsasən pərakəndə satış anbarları daxildir:
"Lakin eyni zamanda bu, ukraynalıların qidasız qalacağı anlamına gəlmir. Logistika dəyişkən olacaq. Bu o deməkdir ki, aclıq və ya sistemli fiziki qida çatışmazlığı təhlükəsi olmayacaq" - deyə, nazir əlavə edib.