Tanzaniyada gəminin batması nəticəsində ölənlərin sayı 209 nəfərə çatıb

Bakı. 23 sentyabr. REPORT.AZ/ Tanzaniyanın Vikoriya gölü sahillərində sərnişin gəmisinin batması nəticəsində ölənlərin sayı 209 nəfərə çatıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə yerli "Citizen" qəzeti yazıb.

Şənbə günü daha 69 nəfərin meyiti aşkar edilib.

Bərə cümə axşamı Yukora adasındakı yanalma körpüsündən 50 metr aralıda çevrilib.

Bəzi məlumatlara görə, göyərtədə 400-ə yaxın adam olub ki, bu da gəminin imkanlarını üstələyir. Həmçinin bərə qarğıdalı, banan və sement kisələri ilə dolu yük daşıyıb.

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10