Tanzaniyada avtobus aşıb, 2 nəfər ölüb, 42-si yaralanıb

Bakı. 24 sentyabr. REPORT.AZ/ Tanzaniyada sərnişinləri daşıyan avtobus yol qəzasına uğrayıb.

"Report" xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanları əməkdaşlarına istinadən "Xinxua" məlumat yayıb.

Bildirilir ki, yol qəzası ötən gün axşam Ruvuma vilayətində qeydə alınıb. 44 nəfəri aparan nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb.

Nəticədə azı 2 nəfər ölüb, daha 42 nəfər yaralanıb. Sürücü hadisə yerindən qaçıb.

İlkin fərziyyəyə görə, qəza ehtiyatsızlıq səbəbindən baş verib.

Digər xəbərlər