Tanzaniyada 5,4 maqnitudada zəlzələ baş verib

Tanzaniyada 5,4 maqnitudada zəlzələ qeydə alınıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Bildirilib ki, təbii fəlakətin episentri təxminən 180 min insanın yaşadığı Dodoma şəhərindən 125 km qərbdə yerləşib. Zəlzələ ocağı 10 km dərinlikdə yerləşib.

Dağıntılar və xəsərət alanlar barədə hələ ki məlumat yoxdur.

Digər xəbərlər

AŞPA-nın yeni prezidenti seçilib 26 yanvar, 2026 / 16:54