Taliblər Əfqanıstanda 10 polisi qətlə yetiriblər

Bakı. 25 iyun. REPORT.AZ/ Əfqanıstanın qərbində "Taliban" radikal hərəkatı üzvlərinin hücumu nəticəsində azı 10 polis ölüb.

"Report" xəbər verir ki, taliblər Herat əyalətindəki nəzarət-buraxılış məntəqəsinə hücum ediblər. Onları zərərsizləşdirmək mümkün olub.

Hücum nəticəsində daha 4 polis əməkdaşı yaralanıb.

Digər xəbərlər

Brüsseldə 21 etirazçı həbs edilib 09 oktyabr, 2026 / 18:45