"Taliban" yaraqlıları Əfqanıstanda 25 nəfəri qaçırıb

Bakı. 27 noyabr. REPORT.AZ/ Radikal "Taliban" hərəkatının yaraqlıları Əfqanıstanın Saripul əyalətinin Bəlxab mahalından Məzari-Şərif şəhərinə gedən 25 nəfəri qaçırıb.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Bəlx vilayətinin qubernatorunun nümayəndəsi məlumat verib.

Qaçırılanların hazırda harada olduğu hələlik bilinmir.

Digər xəbərlər

ABŞ Bank of Americanı cərimələyib 14 oktyabr, 2026 / 05:12