“Taliban”: “Vətəndaşlar silahları bizə təhvil verməlidirlər”

Əfqanıstanda hakimiyyəti ələ keçirmiş “Taliban” qruplaşması ölkə vətəndaşlarına müraciət edib.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, müraciətdə Əfqanıstan vətəndaşlarından silah-sursatı qruplaşmaya təhvil vermək tələb olunub.

“Əfqanıstan vətəndaşları bütün silah-sursatı hərəkatın səlahiyyətli nümayəndələrinə təhvil verməlidirlər”, - müraciətdə qeyd edilib.

Digər xəbərlər

Zelenski Britaniyada səfərdədir 14 oktyabr, 2026 / 16:09