“Taliban”: “Qərb ölkədən insan resurslarını aparır”

Əfqanıstanda hakimiyyəti ələ keçirmiş “Taliban” qruplaşması Qərb ölkələrini Əfqanıstanın insan resurslarını toplamaqda ittiham edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə qruplaşmanın nümayəndəsi Zəbiulla Mücahid danışıb.

“Qərb ölkələri Əfqanıstandan qiymətli insanları aparır. İnsan resursları toplanır və aparılır. Qərb ölkənin daxili işlərinə qarışmamalıdır”, - o qeyd edib.

Digər xəbərlər

Zelenski Britaniyada səfərdədir 14 oktyabr, 2026 / 16:09