“Taliban” Pəncşirdəki müqavimət qüvvələrinə çağırış edib

Əfqanıstanda hakimiyyəti ələ keçirmiş “Taliban” qruplaşması tabe olmaqdan imtina edən Pəncşir vilayətindəki müqavimət qüvvələrinə çağırış ünvanlayıb.

“Report” TASS-a istinadən xəbər verir ki, çağırışda bu qüvvələrin “Taliban”a birləşməsi təklif olunub.

“Toqquşmalardan qaçmaq üçün müqavimət qüvvələrini hərəkata qoşulmağa çağırırıq”, - bildirilib.

“Taliban” həmçinin Pəncşirə qubernator təyin edib.

Qeyd edək ki, Pəncşirdəki qüvvələrə Əhməd Məsud və Əfqanıstanın birinci vitse-prezidenti Əmirulla Saleh başçılıq edir.

Digər xəbərlər