Əfqanıstan Hərbi Hava Qüvvələrinin Faryab əyalətinin Almar mahalına aviazərbələri nəticəsində radikal "Taliban" qruplaşmasının 4 silahlısı məhv edilib.
Bu barədə "Report" "Tolo News" telekanalına istinadən xəbər verir.
Əfqanıstan Müdafiə Nazirliyindən verilən məlumata görə, mahal ərazisinə nəzarət edən "Taliban"ın sahə komandiri Mavlavi Əbdül Qafar öldürülüb.
Qeyd olunur ki, son 8 ayda hökumət ordusunun qoşunları 2 mindən çox antiterror əməliyyatı keçirib.