"Taliban" Əfqanıstanda İŞİD-in iki liderini zərərsizləşdirib

"Taliban" Əfqanıstanın Cəlalabad şəhərində keçirdiyi əməliyyat zamanı İŞİD-in iki liderini məhv edib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Nanqarhar əyalətinin polisi məlumat yayıb.

Məlumata görə, məhv edilən terrorçular uzun müddət "Taliban" tərəfindən izlənilən əsas komandirlər olub.

"Taliban" hökumətinin nümayəndələri dəfələrlə bəyan ediblər ki, İŞİD terror təşkilatının fəaliyyəti Əfqanıstanda vəziyyətin sabitliyini pozan mühüm amildir.

Digər xəbərlər

ABŞ-də 70-dən çox insan ölüb 29 yanvar, 2026 / 12:20
Çində 11 nəfər edam edilib 29 yanvar, 2026 / 10:04