Tailandda Quru Qoşunları aviasiyasına məxsus ABŞ istehsalı olan “Enstrom 480 V” markalı təlim-məşq helikopterinin qəzaya uğrayaraq yanması nəticəsində üç nəfər ölüb.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Tailandın Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hadisə nəticəsində pilot-təlimçi polkovnik-leytenant Pxanpxonq Bançonqplien, müdavim və kapral Çanakxon Pxiamçaren ölüb.
Helikopterin təlim uçuşu zamanı qəzaya uğradığı vurğulanıb.