Tailand fil ixracına qadağanı götürüb

Tailandın Ticarət Nazirliyinin yeni qərarına görə, ölkədən fil ixracı yenidən mümkün olacaq.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "The Nation" qəzeti yazıb.

Bildirilir ki, qərar onun nəsli kəsilməkdə olan vəhşi flora və fauna növlərinin beynəlxaq ticarətinə dair Konvensiyanı pozub-pozmaması ilə bağlı ziddiyyət və mübahisələrə səbəb ola bilər.

Bununla belə, ölkənin Milli Parklar, Vəhşi Təbiətin Mühafizəsi və Bitkilərin Qorunması Departamenti qaçaqmalçılar tərəfindən potensial sui-istifadə hallarının qarşısının alınması məqsədi ilə yeni qaydaların kifayət qədər ciddi olacağına təkid edir.

Departamentin məlumatına görə, Tailandın yeddi meşəsində 4 minə yaxın vəhşi fil, həmçinin əsasən turizm sənayesində istifadə olunan yüzlərlə ev fili var. Vəhşi fillərin sayı son zamanlar ildə 7 faiz artır.

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10