Tacikistanda konstitusiya dəyişikliyi ilə bağlı referendumun tarixi açıqlanıb

Bakı. 10 fevral. REPORT.AZ/ Tacikistanda prezidentə məhdudiyyətsiz şəkildə yenidən seçilmək imkanı verəcək konstitusiya dəyişikliyi ilə bağlı referendum tarixi açıqlanıb.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, referendum mayın 22-də keçiriləcək. Onun keçirilməsi barədə qərar parlamentin aşağı palatası tərəfindən yekdilliklə qəbul edilib.

Parlamentin spikeri Şukurcolan Zuhurovun sözlərinə görə, bülletenlərdə yalnız bir sual olacaq: "Ölkə Konstitusiyasına ediləcək əlavə və dəyişikliyi qəbul edirsinizmi?"

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10