Tacikistan Baş Prokurorluğu: Kişineuda atəş açan şəxs adam oğurluğunda ittiham olunur

Kişineu hava limanında atəş açan Tacikistan vətəndaşı ölkəsində adam oğurluğunda ittiham olunur və istintaqdan gizlənir.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Tacikistan Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, 2023-cü il iyunun 23-də “Orienbank”ın sədrinin birinci müavini Şuxrat İsmətulloyev Düşənbədə oğurlanıb, faktla bağlı cinayət işi başlanıb və əməliyyat-istintaq qrupu yaradılıb. İstintaq zamanı müəyyən edilib ki, mütəşəkkil cinayətkar dəstənin iştirakçılarından biri Tacikistan vətəndaşı Aşurov Rüstəm Kərimoviç bu cinayəti törətdikdən sonra Türkiyə ərazisindən keçərək Moldovaya qaçıb.

Digər xəbərlər