Suriyaya zərbə endirən ABŞ, Fransa və Britaniya qırıcıları Qətərdən uçub

Bakı. 14 aprel. REPORT.AZ/ Suriyada obyektlərin vurulmasında iştirak edən Qərb ölkələrinə məxsus qırıcılar ABŞ-ın Qətərin paytaxtı Dohadakı Əl-Udeyd bazasından havaya qalxıb.

“Report” xəbər verir ki, bu barədə şənbə günü "Al-Mayadeen" telekanalı məlumat yayıb.

ABŞ prezidenti Donald Tramp cümə günü Suriyaya zərbə endirilməsi barədə göstəriş verib və ABŞ, Fransa və Britaniya hərbi qüvvələri Suriyaya qarşı hərbi əməliyyatlara başlayıb.

Digər xəbərlər

ABŞ Bank of Americanı cərimələyib 14 oktyabr, 2026 / 05:12