Suriyada terror aktının qarşısı alınıb

Suriyanın daxili təhlükəsizlik qüvvələri Latakiyada terror aktının qarşısını alıb və üç nəfəri həbs edib.

"Report" xəbər verir ki, bu barədə "SANA" agentliyi məlumat yayıb.

Bildirilib ki, saxlanılan şəxslər müxtəlif vaxtlarda Latakiya vilayətində daxili təhlükəsizlik əməkdaşlarına və Suriya ordusuna hücumlarda iştirak edən terror qruplaşmasının üzvləridir.

Saxlanılanlar arasında "Saraya əl-Cavad" terror qruplaşmasının rəhbəri Mucana Qiyat Mahmud, həmçinin Cəfər Sami Həsən və Adəm Qiyat Mahmud var.

Əməliyyat zamanı onlara aid partlayıcı qurğular, müxtəlif silahlar, döyüş sursatları, qumbaralar və terror aktlarında istifadə üçün hazırlanmış hərbi texnika müsadirə edilib.

Digər xəbərlər