Suriyada terror aktı nəticəsində 16 nəfər yaralanıb

Suriyanın şimal-qərbində yerləşən Afrin şəhərində törədilən terror aktı nəticəsində 1 nəfər ölüb, daha 16-sı yaralanıb.

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, şəhərdə minalanmış motosiklet partlayıb.

Hadisə ilə əlaqədar olaraq şəhərdə və ətraf rayonlarda təhlükəsizlik tədbirləri gücləndirilib.

Yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib.

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10