Bakı. 28 yanvar. REPORT.AZ/ Suriyada silahlı qarşıdurma olub.
“Report” “Yeniakit”ə istinadən xəbər verir ki, atışma İranın dəstəklədiyi Bəşşar Əsədin qardaşı Mahir Əsədin komandanlıq etdiyi “4-cü Fırka” silahlı dəstəsi ilə Bəşşar Əsəd rejiminə bağlı Rusiyanın “Qaplan güclərinin 5-ci birliyi” silhalıları arasında olub.
Nəticədə çoxlu sayda insan ölüb və yaralanıb.
Bildirilib ki, atışmalar Suriyanın Hama əyalətinin şimalında Şatha, Bredic, Haydarayye, İnnab rayonlarında baş verir.
Atışmaya səbəb İranın bölgədəki təsirini azaltmaqdır.