Suriyada məscid yaxınlığında partlayış törədilib, ölənlər və yaralananlar var

Bakı. 16 iyun. REPORT.AZ/ Suriyanın şimal-qərbində yerləşən İdlibdəki məscidlərdən birində törədilən partlayış nəticəsində ölənlər və yaralananlar var. 

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Al-Mayadeen” telekanalı məlumat yayıb.

İnformasiyaya əsasən, terrorçu-kamikadze məscidlərdən birinin yaxınlığında üzərindəki partlayıcını partladıb. 

Hadisənin təfərrüatı araşdırılır. 

Digər xəbərlər