Suriyada koalisiyanın bombardımanı nəticəsində 12 dinc sakin ölüb

Bakı. 20 iyun. REPORT.AZ/ ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya qüvvələrinin Suriyanın İraqla sərhəddə yerləşən Təll-Şaer yaşayış məntəqəsinə endirdiyi hava zərbələri nəticəsində 12 dinc sakin ölüb.

"Report" xəbər verir ki, ölənlərin hamısının bir ailənin üzvləri olduğu bildirilir.

Təll-Şaer yaşayış məntəqəsi Əl-Hasaka mühafəzəsində yerləşir.

Digər xəbərlər