Suriya üzrə növbəti görüşün tarixi məlum olub

Bakı. 23 dekabr. REPORT.AZ/ BMT-nin himayəsi altında Suriya üzrə danışıqlar yanvarın 22-də Cenevrədə keçiriləcək.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Suriyada müxalifəti təmsil edən Milli Koalisiyanın rəhbərlərindən biri məlumat verib.

Xatırladaq ki, BMT-nin Cenevrədəki şöbəsinin baş direktoru Maykl Möller ilin yekunlarına dair keçirilən brifinqdə Suriyadakı vəziyyətin nizamlanması üzrə danışıqların 2016-cı ilin yanvar ayında bərpa olunacağını söyləmişdi.

Digər xəbərlər

Zelenski Britaniyada səfərdədir 14 oktyabr, 2026 / 16:09