Suriya Türkiyədə "Hizbullah"la danışıqlar barədə xəbərləri təkzib edib

Suriyanın İnformasiya Nazirliyi Türkiyədə Livanın "Hizbullah" hərəkatının nümayəndələri arasında danışıqların aparılması barədə xəbərləri təkzib edib.

"Report" xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətinin "X" sosial şəbəkəsindəki bəyanatında bildirilib.

"Bu iddialar yalandır. Belə görüş olmayıb", - nazirlikdən qeyd olunub.

Daha əvvəl bildirilib ki, Suriya hökuməti və "Hizbullah" nümayəndələri tərəflər arasında gərginliyi azaltmaq məqsədilə Türkiyədə qapalı danışıqlar aparıblar.

Digər xəbərlər

Zelenski Britaniyada səfərdədir 14 oktyabr, 2026 / 16:09