Suriya ordusu 30-dan çox İŞİD terrorçusunu məhv edib

Bakı. 6 sentyabr. REPORT.AZ/ Suriya ordusu və könüllülər dəstəsi Hələbin şərqində İŞİD terror qruplaşması üzvlərinin hücumunu dəf ediblər.

"Report" xəbər verir ki, bu barədə SANA informasiya agentliyi məlumat yayıb.

Məlumata görə, yaraqlılar Deyr-Hafer rayonunda yay məktəbini ələ keçirmək istəyiblər.

"30-dan çox terrorçu zərərsizləşdirilib, 1 tank və üzərində pulemyot olan 5 yolsuzluq avtomobili məhv edilib", - deyə agentliyin hərbi məlumatında bildirilir.

Digər xəbərlər

ABŞ-də 70-dən çox insan ölüb 29 yanvar, 2026 / 12:20
Çində 11 nəfər edam edilib 29 yanvar, 2026 / 10:04