Suriya ordusu İŞİD-in İraqla sərhəddə yerləşən əsas bazasını təmizləmək üçün əməliyyata başlayıb

Bakı. 6 noyabr. REPORT.AZ/ Suriya ordusunun əsgərləri və könüllülər İraq ilə sərhədə qədər gəlib çatıb və İŞİD terror qruplaşmasının əsas bazası sayılan Əbu-Kamal şəhərindən 30 km. cənubda mövqe tutublar. 

"Report" TASS-a istinadən xəbər verir ki, qoşunlar sərhəd zonasında yerləşən Akkaş neft yatağına yaxınlaşır.

İraq Hərbi Hava Qüvvələrinin helikopterləri Əbu-Kamala daxil olmağa hazırlaşan Suriya ordusuna dəstək verir. İraq ordusu tərəfdən döyüşən "Əl-Həşd Əl-Şaabi" qruplaşması terrorçuları daim atəşə tutaraq onların İraq ərazisində sığınmasına imkan vermir.

Digər xəbərlər

İlon Mask Corc Sorosu geridə qoyub 23 oktyabr, 2026 / 07:43