Suriya Ordusu "Cəbhət ən-Nusra"nin minə yaxın silahlısını zərərsizləşdirib

Suriya Ordusu "Cəbhət ən-Nusra" qruplaşmasının minə yaxın silahlısını zərərsizləşdirib.

"Report" xəbər verir ki, bu barədə Suriyanın Radio və Televiziya Baş İdarəsi məlumat yayıb.

Qeyd edilir ki, Suriya Ordusu ilə “Cəbhət ən-Nusra” terrorçuları arasında üç gün davam edən qarşıdurma nəticəsində zərərsizləşdirilən yaraqlıların sayı minə yaxınlaşıb.

Bundan əvvəl “Cəbhət ən-Nusra” qruplaşmasının sılahlıları Hələb Dövlət Universitetinin şəhərciyi yaxınlığındakı ərazisini atəşə tutub, nəticədə 4 mülki şəxs həlak olub.

Digər xəbərlər

Şahbaz Şərif Vaşinqtona gedib 19 fevral, 2026 / 13:31