Sui-qəsdə məruz qalan Ukrayna Ali Radasının deputatı əməliyyat olunub və ayılıb

Bakı. 26 oktyabr. REPORT.AZ/ Kiyevdə sui-qəsdə məruz qalan Ukrayna Ali Radasının "Radikal" Partiyasından olan deputatı İqor Mosiyçuk uğurlu əməliyyat sonra ayılıb. 

Bu barədə Report Ukrayna KİV-nə istinadən xəbər verir.

O, hələ reanimasiyada saxlanılır, həkimlər onun vəziyyətini orta ağır qiymətləndirirlər.

İ.Mosiyçuk bəyan edib ki, sui-qəsdin sifarişçiləri "Moskvada oturub", icraçıları isə yerli insanlardır: "Mən yalnız mühafizəçim Ruslanın sayəsində sağ qaldım. O, keçmiş "Berkut"çudur və məni xilas edərkən həyatını itirdi."

Sui-qəsd dünən axşam Kiyevdə, “Espresso” telekanalının redaksiyasının qarşısında baş verib. Partlayıcı qurğu motosikletə qoyulub. Son məlumatlara görə, yaralananlardan iki nəfər - Mosiyçukun mühafizəçisi Ruslan Kuşnir və qonşuluqda yaşayan 36 yaşlı polis kapitanı Mixail Mormel dünyasını dəyişib.

Faktla bağlı cinayət işi açılıb.

Digər xəbərlər

Ronaldu Trampa zəng edib 07 dekabr, 2025 / 00:46