Sudanın paytaxtı Xartumda atışma olub

Sudan polisi naməlum şəxslərin atəş açmasından sonra Xartum universiteti ərazisini mühasirəyə alıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə şənbə günü axşam "Al-Arabiya" ümumərəb telekanalı məlumat yayıb.

Daha əvvəl Sudanda hərbi çevriliş baş verib. Ölkə prezidenti Ömər əl-Bəşir nəzarətə götürülüb. Ölkənin müdafiə naziri Avad ibn Auf cümə axşamı iki il ərzində ölkəni idarə edəcək Hərbi Şuranın yaradıldığını bəyan edib.

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10