“Sudanda parlament seçkilərinin keçirilməsinə hazırlıq üçün bir il yarım kifayətdir”.
“Report” xəbər verir ki, bunu Sudanın hərbi lideri, Silahlı Qüvvələrin komandanı Abdel Fəttah əl-Burxan “RİA Novosti”yə müsahibəsində bildirib.
O, oktyabrın 25-də Sudanda parlament seçkilərini 2023-cü ilin iyulunda keçirməyi planlaşdırdıqlarını bildirib.
Əl-Burxanın sözlərinə görə, əvvəlcə seçkiləri 2022-ci ilin aprelində keçirmək istəyiblər: “Ancaq çoxsaylı müzakirələrdən və Cubedə əldə edilən sülh razılaşmasından sonra onun müddətini daha bir il uzadıblar”.
Qeyd edək ki, bu ilin sentyabrında Sudanda hərbi çevriliş olub.