Sudanda hərbi təyyarə qəzaya uğrayıb

Sudanın paytaxtı Xartumun qərbində hərbi təyyarə qəzaya uğrayıb.

"Report" TASS -a istinadən xəbər verir ki, bu barədə Sudan Xəbər Agentliyi (SUNA) məlumat yayıb.

Bildirilir ki, təyyarə günorta saatlarında Eş-Şeqilab bölgəsindəki Ağ Nilə düşüb.

Qəza yerinə hərbçilər və hüququ mühafizə orqanlarının əməkdaşları cəlb olunub, təyyarəni tapmaq hələ mümkün olmayıb.

Digər xəbərlər