Sudanın paytaxtı Xartumda müxalifətin oturaq tətili zamanı atışma baş verib. Nəticədə 5 nəfər həyatını itirib.
"Report" xəbər verir ki, bu barədə mənbələrə istinadən "Al Jazeera" telekanalı məlumat yayıb.
Bildirilir ki, silahlı insident zamanı dörd dinc sakin öldürülüb, həmçinin 10 nəfər yaralanıb. Onlardan bəziləri ağır vəziyyətdədirlər.
Telekanal Sudanın keçid Hərbi Şurasına istinadən xəbər verir ki, ölənlərdən biri ordu zabitidir. Digər məlumatlara görə, hadisə zamanı bir neçə hərbçi yaralanıb.