Sudan ordusu ölkə paytaxtının ətrafındakı əraziləri təmizləməyə başlayıb

Sudan ordusu paytaxt Xartum ətrafındakı əraziləri Çevik Reaksiya Qüvvələrinin bölmələrindən təmizləməyə başlayıb.

“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə ordunun feysbukda yaydığı məlumatda deyilir.

“Biz dözümlülük və itaətsizlik mərhələsini keçdik, paytaxt ətrafında üsyançı qrupların mövcudluğundan tədricən təmizlənməsi mərhələsinə keçdik”, - bəyanatda bildirilir.

Sudan ordusu bu qüvvələri "qəddar zorakılıq formaları tətbiq olunduğu" müəyyən ərazilərdə nəzarət-buraxılış məntəqələri yaratmaqda ittiham edib.

Digər xəbərlər