Sudan ordusu yerli vaxtla saat 18:00-dan etibarən 24 saat ərzində xüsusi təyinatlılar ilə atəşkəs rejiminə riayət etmək niyyətində olduğunu açıqlayıb.
"Report" "Sky News Arabia"ya istinadən xəbər verir ki, bu barədə Sudan ordusunun komandanı Əbdülfəttah əl-Burhan məlumat verib.
“Biz atəşkəsin başlaması üçün xüsusi təyinatlılar ilə konkret vaxt barədə razılığa gəlməmişik. Lakin çərşənbə axşamı saat 18:00-dan başlayaraq bu rejimə 24 saat ərzində riayət edəcəyik”, - o bildirib.