Strasburqda şəhər mərkəzindəki atışmadan sonra nümayişlər qadağan edilib

Bakı. 12 dekabr. REPORT.AZ/ Fransanın Aşağı Reyn departamentində bu gün hər cür nümayiş qadağan ediləcək.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri Kristof Kastaner bildirib.

Onun sözlərinə görə, bu addım hüquq-mühafizə orqanları əməkdaşlarının tədbirlərin mühafizəsinə yox, Strasburq şəhərinin mərkəzində atışma təşkil edən və polisdən qaçan cinayətkarın axtarışına diqqət yetirməsini təmin etmək məqədi ilə atılıb.

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10