“Müttəfiqlərimiz ukraynalı əsgərlərin təlimləri ilə məşğul olub. Ukraynanın cəsarətini də xüsusi qeyd etmək lazımdır. Bunlar müasir silahlar qədər vacibdir”.
“Report” xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Alyansa üzv olan ölkələrin xarici işlər nazirlərinin Belçikanın paytaxtı Brüssel şəhərində baş tutan fövqəladə iclasından sonra keçirilən mətbuat konfransında deyib.
“Biz xəbərdarlıq etmişdik. Müharibənin başlayacağını aylar əvvəl demişdik. Tərəfləri konstruktiv mövqeyə çağırdıq. Biz silah dəstəyini davam etdirməyə çalışırıq ki, Rusiya daha da azğınlaşmasın. Biz risk altında olan tərəfdaşlarımızı hər zaman dəstəkləyirik. Kiyevdə daim çalışan ofisimiz var. Yəni bir qurum olaraq Ukraynaya illərdir dəstək veririk və verməkdəyik”, - o bildirib.