Stoltenberq: “Türkiyənin İsveç və Finlandiya ilə bağlı müsbət qərar verəcəyinə əminik”

NATO-nun Baş katibi Yens Stoltenberq Türkiyənin İsveç və Finlandiyanın alyansa daxil olmaq üçün müraciətlərini ratifikasiya edəcəyinə əminliyini ifadə edib.

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Y.Stoltenberq NATO ilə Avropa İttifaqı arasında hərbi əməkdaşlığa dair bəyannamənin imzalanmasına həsr olunan mətbuat konfransında bildirib.

“İsveç və Finlandiyanın NATO-ya üzvlüyü məsələsinə gəlincə, əminəm ki, üzvlük prosesi başa çatacaq və bütün NATO müttəfiqləri üzvlük protokollarını parlamentlərdə ratifikasiya edəcəklər. Bu, Türkiyəyə də aiddir”, - o vurğulayıb.

Digər xəbərlər