Avropa Komissiyası Kiyevə nadir torpaq ehtiyatları ilə bağlı yeni saziş təklif etmir, söhbət 2021-ci ilin Anlaşma Memorandumundan gedir.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu Avropa Komissiyası (AK) rəhbərinin müavini Stefan Sejurne Brüsseldə keçirdiyi mətbuat konfransında deyib.
"Bizim Ukrayna ilə artıq münaqişədən əvvəl imzalanmış sazişimiz var. Bu, 2021-ci ilin Anlaşma Memorandumudur. Yeni sənəd yoxdur", - o qeyd edib.