Şri-Lankada prezident səlahiyyətlərini baş nazir icra edəcək

Şri-Lanka Prezidenti Qotabaya Racapaksa Baş nazir Ranil Vikramasinkhi dövlət başçısının səlahiyyətlərinin icraçısı olaraq təyin edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Şri-Lanka parlamentinin sədri Maxinda Yapa Aberivvardena məlumat verib.

Xatırladaq ki, Prezident Qotabaya Racapaksa ölkəsini tərk edib. Onun "An-32" təyyarəsi ilə ailəsi ilə birgə Maldiv adalarına yola düşdüyü bildirilib.

Qeyd edək ki, ötən gün Şri-Lanka Prezidenti Qotabaya Racapaksa istefa sənədini imzalayıb.

Digər xəbərlər

İran ABŞ ilə dialoqa hazırdır 28 yanvar, 2026 / 18:46
Tramp: İrana verilən vaxt bitir 28 yanvar, 2026 / 16:44