Şotlandiya parlamentindən insanlar təxliyyə edilib

Bakı. 7 noyabr. REPORT.AZ/ Şotlandiya parlamentinin binasından insanlar təxliyyə edilib.

“Report” BBC-yə istinadən xəbər verir ki, məlumatı Edinburq Polis İdarəsi yayıb.

İnformasiyaya əsasən, deputatlardan birinə şübhəli “toz zərfi” gönədirilib. Həmin 3 şübhəli zərfdən biri açılıb. Ona görə də parlament binasının boşaldılmasına qərar verilib. 

Açılan zərfdən ağ toz aşkarlanıb. Bundan sonra binadakılar təxliyyə olunub. 

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10