Son sutkada İspaniyada 812 nəfər koronavirusdan öldü

İspaniyada son 24 saatda daha 812 nəfər koronavirusun qurbanı olub.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, bununla da ölkədə virusdan ölənlərin sayı 7 340 nəfərə çatıb.

Məlumata görə, virus daşıyıcılarının rəsmi sayı da 75 195-ə yüksəlib.

Qeyd edək ki, İspaniyada koronavirusa ilk yoluxma faktı yanvarın 30-da qeydə alınıb.

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10