Somalidə prezident sarayının yaxınlığında atışma və iki partlayış olub

Bakı. 14 iyul. REPORT.AZ/ Somalinin paytaxtı Moqadişoda prezident sarayının yaxınlığında atışma ilə müşaiyət edilən iki partlayış olub.

“Report” TASS-a istinadən xəbər verir ki, bu məlumatı “Associated Press” yayıb.

Partlayış nəticəsində ehtimal olunan dağıntı və ya qurbanların olması barədə məlumat verilməyib. 

Digər xəbərlər