Somalidə partlayış baş verib: 4 ölü, 3 yaralı

Bakı. 8 sentyabr. REPORT.AZ/ Somalidə terrorçu-kamikadzenin yerli restoranlardan birində özünü partlatması nəticəsində 4 nəfər ölüb, 3 nəfər yaralanıb.

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, hadisə ölkənin cənub-qərbindəki Baydabo şəhərində qeydə alınıb.

İnsidentlə bağlı heç bir terror təşkilatı məsuliyyəti öz üzərinə götürməyib.

Digər xəbərlər

Britaniya Ukraynaya 25 min dron verib 08 sentyabr, 2026 / 20:03