Bakı. 27 yanvar. REPORT.AZ/ Keniya hərbçilərinin Somalidə yerləşən bazasına terrorçu Əş-Şəbab qruplaşmasının hücumu nəticəsində 50-dən çox adam ölüb.
“Report” xəbər verir ki, bu barədə İsveçin “SVT” telekanalı məlumat yayıb.
Xəbərdə bildirilib ki, Əş-Şəbab qruplaşması isə "Twitter" səhifəsində Keniyanın onlarla hərbçisini ödürdüyü haqqında məlumatı paylaşıb.
Məlumata görə, bu həftənin əvvəlində ABŞ və Keniya hərbçiləri birlikdə əsasən Əş-Şəbabın nəzarəti altında olan bölgədə antiterror əməliyyatı keçirib.
Yanvarın 27-də səhər saatlarında isə bölgədə Əş-Şəbabın mövqelərinə havadan zərbələr endirilib.