​Somalidə hərbi düşərgədəki partlayışda 10 nəfər ölüb

Bakı. 22 avqust. REPORT.AZ/ Somalinin cənubunda hərbi düşərgədə baş verən partlayış nəticəsində azı 10 nəfər ölüb.

"Report" "Associated Press"ə istinadən xəbər verir ki, bunu polis zabiti Əli Əhməd bidirib.

Məlumata əsasən, hadisə Kismayo liman şəhərində baş verib. Partlayışı intiharçı-terrorçunun törətdiyi ehtimal olunur.

Partlayışı törədənin "əl-Qaidə"nin Somalidəki qolu "əş-Şabab"ın üzvü olduğu istisna edilmir. 

Digər xəbərlər

Danimarka İran gəmisini saxlayıb 20 fevral, 2026 / 03:05
Tramp İrana 15 gün vaxt verib 20 fevral, 2026 / 01:50