Somalidə Efiopiya ordusunun 167 hərbçisi terrorçularla döyüşdə həlak olub

Somalinin qərbində Efiopiya ordusunun onlarla hərbçisi radikal “Aş-Şabab” qruplaşmasının yaraqlıları ilə şiddətli döyüşdə həlak olub.

"Report"un məlumatına görə, bu barədə "Reuters" hərbi toqquşmanın baş verdiyi ərazidə Rab-Dhure şəhərinin sakinlərinə istinadən məlumat yayıb.

Agentlik qeyd edib ki, döyüş ağır silahlardan istifadə edilməklə aparılıb. Rab-Dhure Somali ilə Efiopiya sərhədində yerləşir.

Öz növbəsində Somalinin xəbər portalı “Garowe” bildirib ki, Efiopiya ordusunun karvanı pusquya düşüb və 167 hərbi qulluqçu həlak olub.

Digər xəbərlər

Zelenski Britaniyada səfərdədir 14 oktyabr, 2026 / 16:09