Şolts: Ukraynadakı müharibə istədiyimizdən daha uzun sürəcək

Ukraynadakı müharibə uzana bilər, Avropa ölkələri Kiyevə daha çox “Patriot” hava hücumundan müdafiə sistemləri verməlidir.

“Report” Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Almaniya Kansleri Olaf Şolts bildirib.

“Hamımıza aydındır ki, bu müharibənin istədiyimizdən daha uzun sürməsinə hazır olmalıyıq”, - o deyib.

Şolts Avropa ölkələrini Ukraynaya daha da çox hava hücumundan müdafiə sistemləri verməyə çağırıb.

Digər xəbərlər

Brüsseldə 21 etirazçı həbs edilib 09 oktyabr, 2026 / 18:45