Şolts: "Rusiya Ukraynanın mülki əhalisinə qarşı hücumu dərhal dayandırmalıdır"

"Rusiya Ukraynanın mülki əhalisinə qarşı hücumunu dərhal dayandırmalıdır".

"Report" UNIAN-a istinadən xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts deyib.

O bildirib ki, rəsmi Moskva mülki əhaliyə qarşı bombalı terrora son qoymalıdır: “Rusiya döyüş meydanında qalib gələ bilməz. Moskva qətliamları dayandırmalı və sülh danışıqlarına yol açmalıdır”.

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10