Slovakiyada qapanma elan olunur

Koronavirusa yoluxma sayına görə dünyada birinci yerə qalxmış Slovakiyanın hökuməti cümə axşamından etibarən ümummilli qapanma elan etməyi planlaşdırır.

Bu barədə “Report” TASS-a istinadən xəbər verir.

20 günlük qapanma zamanı ölkə sakinlərinin yalnız zəruri hallarda aptek və mağazalara, habelə təxirəsalınmaz hallarda işə getməsinə icazə veriləcək.

Digər xəbərlər

ABŞ Bank of Americanı cərimələyib 14 oktyabr, 2026 / 05:12