Slovakiyada ardıcıl ikinci gündür ki, rekord səviyyədə yüksək hava temperaturu qeydə alınır.
"Report" xəbər verir ki, bu barədə TA-3 telekanalı məlumat yayıb.
Meteoroloqların məlumatına görə, iyunun 30-u ölkədə hava müşahidələri tarixində ən isti gün olub. Slovakiyanın cənubundakı Nove-Zamki şəhəri ərazisində havanın temperaturu 41,3 dərəcəyə çatıb.
Bir gün əvvəl, iyunun 29-da da respublikada temperatur rekordu müəyyən edilmişdi - termometr sütunları 41 dərəcəyə qədər yüksəlmişdi.
Slovakiyada əvvəlki mütləq temperatur maksimumu 40,3 dərəcə təşkil edib və 2007-ci ildə qeydə alınıb.