Macarıstan və Slovakiya Avropa İttifaqının Rusiyaya qarşı 18-ci sanksiya paketinin qəbul edilməsini bloklayıb.
"Report"un Rusiya KİV-lərinə istinadən məlumatına görə, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib.
O bildirib ki, Budapeşt və Bratislava belə bir qərar qəbul ediblər: “Çünki paralel olaraq Aİ onlara Rusiya enerji resurslarını almağı qadağan etmək istəyir”.